Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanla vahid regional hava hücumundan müdafiə sisteminin (HHM) yaradılmasına dair sazişin ratifikasiyası haqqında qanun imzalayıb.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, müqavilə 2022-ci il avqustun 16-da Moskvada regionda hava hücumundan müdafiəni təkmilləşdirmək məqsədilə imzalanıb.
Qeyd olunub ki, müqavilə müddətində Qırğızıstan Rusiyaya 5 hektar torpaq sahəsi verəcək.
Məlumata görə, Dövlət Duması qanunu mayın 23-də, Federasiya Şurası isə mayın 24-də təsdiqləyib.
Qeyd edək ki, MDB-nin vahid hava hücumundan müdafiə sistemi 1995-ci ildə yaradılıb. 2022-ci ilə qədər Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan aktiv iştirakçılar olaraq qalıb.
İqbal Rzayev,
KONKRET.az