Rusiya Prezidenti Vladimir Putin Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifədən azad edib və onu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsinə təyin edib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu məlumatı Kremlin təbliğat resursu RİA Novosti yayıb.
Qeyd edək ki, Salyukov hələ 9 mayda Moskvadakı Qızıl Meydanda keçirilən Qələbə Paradına komandanlıq etmişdi. Bu barədə BBC-nin Rus xidməti məlumat yayıb.
Yeni baş komandanın kim olacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.