Putin: “Rusiya artıq “yanacaqdoldurma məntəqəsi” deyil”backend

Putin: "Rusiya artıq “yanacaqdoldurma məntəqəsi” deyil"

Rusiya artıq “yanacaqdoldurma məntəqəsi ölkəsi” deyil və iqtisadi artımda digər Avropa ölkələrini geridə qoyur.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri prezident Vladimir Putin deyib.

Onun sözlərinə görə, 2023-cü ilin ilk on ayında Rusiyanın ÜDM-i 3,2% artıb, ilin sonuna isə 3,5% arta bilər. “Bu gün Qərbin sanksiyaları əvvəlkindən daha sərtdir”, – Putin vurğulayıb.

O, həmçinin qeyd edib ki, iqtisadi artımın strukturunda istehsal, nəqliyyat və logistika artan paya malikdir. 2023-cü ilin ikinci rübündə iqtisadi artımın 54%-i onların, 44%-i isə ticarət, ictimai iaşə və digər xidmətlərin payına düşüb. “Və yalnız 2%-i mədənçiliyin payına düşür. İndi kimsə desin ki, Rusiya yanacaqdoldurma məntəqəsidir, necə ki, bu yaxınlarda bu haqda deməyə çalışıblar”, – Putin bildirib.

Daha əvvəl Amerikanın WSJ nəşri yazıb ki, Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarına baxmayaraq, kifayət qədər stabil olub və “çöküşdən qaçıb”. Qəzet hesab edir ki, buna hökumət stimulları, hərbi sənayenin inkişafı və ticarətin Asiya ölkələrinə yönəldilməsi təsir edib. Eyni zamanda, analitiklərin fikrincə, sanksiyalar uzunmüddətli perspektivdə Rusiya iqtisadiyyatının artımını ləngidəcək və durğunluğa gətirib çıxaracaq.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*