Putin Rusiyanın Ukrayna müharibəsindəki qələbəsinin şərtini açıqladıbackend

Putin Rusiyanın Ukrayna müharibəsindəki qələbəsinin şərtini açıqladı

Dayanıqlı iqtisadi artım Rusiyanın Ukraynadakı müharibəsinin uğurla başa çatması üçün şərtdir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Nazirlər Kabineti və Mərkəzi Bankının rəsmiləri ilə görüşündə bildirib.

“Planlarımızı həyata keçirərkən biz ilk növbədə iqtisadiyyatdakı işlərin vəziyyətinə güvənirik, çünki dövlətin resurs və büdcə imkanlarını müəyyən edən sənaye, ticarət, logistika və maliyyə potensialıdır. Bütün bunlar əsas məqsədlər üçün vəsaitlər yaradır”. Kremlin mətbuat xidməti Putinin sözlərindən sitat gətirib.

Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, hazırda Rusiya iqtisadiyyatı yaxşı templə böyüyür:

“Altı ay ərzində ÜDM 4,6%, sənaye istehsalı 4,4%, hərbi sənaye kompleksinin daxil olduğu emal sənayesi isə 8% artıb. Büdcə gəlirləri artıb, müəssisələr stabil və ritmik işləyir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*