Rusiya Prezidenti Vladimir Putin İstanbulda qurulan Rusiya-Ukrayna sülh masasına qatılmayıb. Onun Türkiyəyə gəlməməsi müxtəlif iddialara səbəb olub.
KONKRET.az xəbər verir ki, Britaniyanın “Mirror” qəzeti Putini “gedən ölü adam”a bənzədib və onun “Kreml köpüyündən çıxa bilmədiyini” yazıb.
Nəşr, Rusiya liderinin mümkün sui-qəsd təhlükəsindən ehtiyat edərək ölkədən kənara çıxmaqdan çəkinəcəyini qeyd edib.
Putinin sülh danışıqlarına fiziki olaraq qatılmaması beynəlxalq medianın və siyasi analitiklərin diqqətini çəkib. Kremlin isə bu iddialara münasibəti hələlik açıqlanmayıb.
Aynurə İsmayıl
KONKRET.az