Ermənistanı tərk etmək Fransa və Avropa üçün biabırçılıq olardı. Sərhədlərinin müqəddəs olduğunu qətiyyət və inamla bəyan etməyin vaxtı çatıb.
KONKRET.az xəbər verir ki, bunu Fransanın sabiq prezidenti Fransua Olland bildirib.
“Mən prezident kimi Ermənistan və Azərbaycan arasında münaqişənin həlli üçün vasitəçilik səylərində iştirak etmişəm. Ədalət və şərəf bu gün Fransadan ermənilərə kömək etmək üçün əlindən gələni etməyi tələb edir”, – o deyib.
Sabiq prezidentin fikrincə, Rusiya Ermənistandan üz döndərməklə bir neçə məqsəd güdür:
“Birincisi, bu, Putinə Ukraynanın işğalından sonra rolu artan Ərdoğanı zərərsizləşdirməyə imkan verəcək. İkincisi, qaz məsələsində Azərbaycanla ittifaq bağlamaq. Üçüncüsü, Nikol Paşinyanı Moskvadan uzaqlaşıb Avropaya yaxınlaşdığına görə cəzalandırmaq. Bu rüsvayçı dönüşün nəticəsi humanitar səviyyədə dəhşətlidir. Qarabağ erməniləri Ermənistana can atırlar və böyük əksəriyyəti artıq oraya gəlib. Onların bir çoxunun həyatı üçün təhlükə var. Amma ən pisi qabaqdadır, çünki Ermənistanın özünün ərazi bütövlüyü zədələnə bilər”, – Olland qeyd edib.
“Bütün baş verənlərə Vladimir Putin töhfə verir, Ukraynada uğursuzluğa düçar olub, Qafqazda qisas almaq niyyətindədir. O, Ermənistanın Rusiyanın nəzarəti olmadan yox olmaq riski olduğunu göstərməkdə qərarlıdır, – deyə diplomat əlavə edib.
Ariz Həsənoğlu,
KONKRET.az