Putin Ukrayna ilə danışıqlar üçün onları göndərirbackend

Putin Ukrayna ilə danışıqlar üçün onları göndərir

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar aparamaq üçün Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, mayın 15-də İstanbulda Ukrayna ilə danışıqlar aparacaq nümayəndə heyətinə prezidentiin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.

Bundan başqa, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksey Fomin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov daxil edilib.

Putin həm də Ukrayna ilə danışıqlar aparmaq üçün ekspertlər qrupunun tərkibini təsdiq edib.

WhatsApp Image 2025-05-15 at 02.05.57.jpeg (116 KB)

 

Natiq SƏLİM,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*