Putin xəbərdar etdi – İsrail-İran arasında müharibə olacaq, Ermənistan yox olacaqbackend

Putin xəbərdar etdi - İsrail-İran arasında müharibə olacaq, Ermənistan yox olacaq

“Rusiya Federasiyasının ən yüksək rəsmiləri səviyyəsində Bakıya intensiv səfərlər İran və İsrail arasında mümkün eskalasiya zamanı yarana biləcək böyük regionda baş verən proseslər, İranla bağlı problemlərlə bağlıdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməni mineral texnoloq Vigen Akopyan səsləndirib.

O daha sonra fikirlərini belə davam etdirib: “Hər biri öz çəkisinə və təsirinə görə nəinki öz mövqelərini təmin etməyə, həm də müttəfiqlərinə müəyyən xidmətlər göstərməyə çalışır. Düşünürəm ki, həm Şoyqunun, həm də Vladimir Putinin Azərbaycana səfəri təkcə Rusiyanın regiondakı mövqelərinin aydınlaşdırılması ilə deyil, həm də Rusiyanın İrana qarant olmağa çalışması, ən azı, mümkün hadisələr zamanı Azərbaycanın neytrallığı baxımından şərtlənib”.

O qeyd edib ki, Sünikdə (Qərbi Zəngəzur) Azərbaycana dəhliz verilməsinin əleyhinə olan yeganə dövlət İrandır: “İran demək olar ki, açıq mətnlə deyir ki, siz öz sərhədiniz üçün döyüşməsəniz belə, biz döyüşəcəyik, çünki bu, bizim ümumi sərhədimizdir. Aydındır ki, bu, sadəcə olaraq onların təhlükəsizlik problemidir və onlar bunun üçün sona qədər mübarizə aparacaqlar. Təsadüfi deyil ki, İran ənənəvi sivilizasiya olduğu üçün alternativ yol təklif edib, Azərbaycan və Türkiyəyə deyib ki, iqtisadi komponentdə maraqlıdırlarsa, o marşrutu əsas götürə bilərlər. Əslində İran o dəhlizlə bağlı xarici siyasətdə Ermənistanın xeyrinə daha çox iş görüb, nəinki Ermənistan hakimiyyəti. Vaxtilə Ərdoğan dəhlizin qarşısında yeganə maneənin İran olduğunu demişdi. İran son gülləsinə qədər mövqeyini qoruyacaq”.

Belarus prezidenti Aleksnadr Lukaşenkonun “Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət etsinlər. Nə Fransa, nə Makron sabah orada olmayacaq və hamı Ermənistanı unudacaq” bəyanatına Vigen Akopyan belə mübasibət bildirib: “Lukaşenko Putinin ruporudur. Necə ki, Jirinovski uzun müddət ölkə daxilində Putinin ruporu olub və Putinin ictimaiyyət qarşısında deməkdən çəkindiyi sözlər söyləyib, Putinin də xarici siyasət meydanında ruporu Lukaşenkodur. Gəlin bu sözləri Putinin nöqteyi-nəzəri ilə götürək və hesab edək ki, bu sözlər Putinin xəbərdarlığıdır”.

Günel Mikayılova,

KONKRET.az

  • Haller
    Avqust 24, 2024 - 21:32

    Rusiya ile birlikde🙏!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*