“Xəzəryanı ölkələr arasında rəqabət güclənir, qonşu dövlətlər yaxşı işləyir və oradakı limanlarını fəal şəkildə inkişaf etdirirlər”.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu bu gün Rusiya Prezidenti Vladimir Putin hökumətlə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, Rusiya bu istiqamətdə fəal işləməlidir.
Putin xüsusilə Rusiyanın Xəzər regionunda ən böyük ticarət limanı olan Olya limanını xatırladıb.
İqbal Rzayev,
KONKRET.az