Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün bundan sonra da hər şeyi edəcək.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezident Vladimir Putin deyib.
“Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üçün hər şeyi etmişik və edirik. Bundan sonra da sülh müqaviləsi işinə, dövlət sərhədinin delimitasiyasına, iqtisadi və nəqliyyat kommunikasiyalarının (nəqliyyat dəhlizləri – red.) açılmasına dəstək verəcəyik”, – Rusiya lideri bildirib.
Putinin sözlərinə görə, Azərbaycan və Ermənistan liderləri BRİKS sammiti çərçivəsində nizamlanmaya dair konstruktiv müzakirə aparıblar./teleqrafcom