Rusiya Prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib.
KONKRET.az xəbər verir ki, Rusiya lideri bununla bağlı müvafiq Fərman imzalayıb.
Qeyd olunub ki, qanun mayın 15-dən qüvvəyə minir.
Bundan sonra Gürcüstan vətəndaşları Rusiyaya 90 günlük viza rəsmiləşdirmədən səfər edə biləcəklər.