Putindən müharibə ilə bağlı MÜHÜM AÇIQLAMA: Ukrayna ordusu Kupyansk və Krasnoarmeyskdə…backend

Putindən müharibə ilə bağlı MÜHÜM AÇIQLAMA: Ukrayna ordusu Kupyansk və Krasnoarmeyskdə...

Rusiya prezidenti Vladimir Putin Kupyansk və Krasnoarmeysk (Pokrovsk) şəhərlərində Ukrayna qüvvələrinin mühasirəyə düşdüyünü və blokadada qaldığını bildirib.

KONKRET.az xəbər verir ki, Putin çıxışı zamanı vurğulayıb ki, Ukraynanın siyasi rəhbərliyi öz vətəndaşlarının, xüsusilə də əhatəyə alınmış hərbçilərin taleyi ilə bağlı qərar qəbul etməlidir.

O, həmçinin Rusiya Silahlı Qüvvələrinin istəsə, jurnalistlərin, o cümlədən Ukrayna və xarici media nümayəndələrinin mühasirə zonasına buraxılmasına qarşı olmadığını qeyd edib.

Rusiya liderinin sözlərinə görə, Moskva “xüsusi hərbi əməliyyat” zonasında atdığı addımlarla ölkənin təhlükəsizliyini uzunmüddətli perspektivdə təmin edir. Putin bildirib ki, Rusiya ordusu bütün cəbhə xəttində irəliləyir və fəal döyüş əməliyyatlarını davam etdirir.

Prezident həmçinin Rusiya hərbi sənayesinin yeni texnoloji nailiyyətləri barədə məlumat verib. O, “Burevestnik” raket kompleksinin “şübhəsiz üstünlüklərə malik olduğunu” vurğulayıb və rus alimlərinin uğurları ilə fəxr etdiyini söyləyib.

Putin əlavə edib ki, Rusiya ordusu nüvə enerjisi ilə işləyən “Poseydon” sualtı aparatının sınaqlarını həyata keçirib. Onun sözlərinə görə, “Sarmat” qitələrarası ballistik raketi isə tezliklə döyüş növbətçiliyinə qəbul ediləcək.

Rusiya prezidentinin çıxışı, ölkənin həm hərbi əməliyyatlarda, həm də strateji silah sistemlərində fəallığını davam etdirdiyini göstərir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*