Putindən sürpriz açıqlama – Moskva “ərazilərimizin alındığı” xəritələri Bakıya verir?backend

Putindən sürpriz açıqlama – Moskva “ərazilərimizin alındığı” xəritələri Bakıya verir?

Azərbaycan və Ermənistan arasında delimitasiya-demarkasiya prosesi müəyyən fasilələrlə davam edir. Rusiya Prezidenti Vladimir Putin Bakıdakı çıxışı zamanı bu məsələ toxunub və Moskvanın prosesə töhfə verməyə hazır olduğunu bildirib.

KONKRET.az xəbər verir ki,məlum olduğu kimi, sovet dövründə bir sıra ərazilər əkin-otlaq sahələri adı altında Ermənistana verilib. Putinin sözügedən açıqlaması isə Rusiyanın Azərbaycan-Ermənistan sərhədi ilə bağlı həmin xəritələri ortaya çıxarmasını gündəmə gətirib.

Mövzu ilə bağlı danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Kreml əlindəki xəritələri yalnız maraqlarına uyğun formada meydana çıxara bilər:

“Sovet dövrünə aid bir neçə xəritə var. Bu xəritələr zaman-zaman Azərbaycan torpaqlarının Ermənistana verildiyi və ondan əvvəlki vaxtları özündə əks etdirir. 70 illik dönəmdə yeni xəritələrin hazırlanması məhz sovet Rusiyasının nəzarəti altında baş vermişdi. Rusiya istəsə, Azərbaycanın əleyhinə, Ermənistanın lehinə olan xəritələri də ortaya çıxara bilər. Azərbaycan torpaqlarının Ermənistan SSR-yə hədiyyə edildiyi və ondan öncəki vəziyyət tamamilə fərqli olmuşdu.

Hazırda rəsmi Moskva Bakının haqlı mövqeyini müdafiə edir. Ona görə də xəritələrin Bakının lehinə gündəmə gətirilməsi istisna deyil”./ Globalinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*