Putindən Zelenskiyə: “Gözləməyə hazırıq”backend

Putindən Zelenskiyə: "Gözləməyə hazırıq"

Avqustun 1-də Valaam adasında Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçirilib.

KONKRET.az bildirir ki, görüş zamanı Putin bildirib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar hər zaman vacib və tələb olunandır.

“Əgər Kiyev indi danışıqlara hazır deyilsə, Moskva gözləyə bilər”, – deyə o, vurğulayıb.

Rusiya lideri İstanbulda aparılan danışıqların nəticələrini, əsirlərin mübadiləsini və həlak olan hərbçilərin nəşlərinin təhvil verilməsini müsbət qiymətləndirib.

Putinin sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üçün detallı və uzunmüddətli müzakirələr aparılmalıdır.

O, həmçinin bildirib ki, Rusiyanın 2024-cü ilin yayında irəli sürdüyü məqsədləri dəyişməz qalır. Rusiya və Ukrayna arasında üç raund danışıqlar baş tutub, tərəflər memorandum layihələri ilə də mübadilə aparıblar.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*