Putinə SUİ-QƏSD CƏHDİ – Kiyev dronlarla Kremlə HÜCUM ETDİ – VİDEObackend

Putinə SUİ-QƏSD CƏHDİ - Kiyev dronlarla Kremlə HÜCUM ETDİ - VİDEO

“Ukrayna gecə saatlarında Kremlə zərbə endirməyə cəhd edib”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Ukrayna gecə saatlarında Kremlə zərbə endirməyə cəhd edib.

Rusiya ordusu və kəşfiyyat orqanları Kremlə hücum edən iki pilotsuz təyyarəni sıradan çıxarıb, xəsarət alan olmayıb.

“Rusiya lazım bildiyi yerdə və nə vaxt Kremlə zərbə endirmək cəhdinə cavab vermək hüququnu özündə saxlayır.

Kreml Kiyev rejiminin hücum cəhdini Qələbə Günü ərəfəsində planlaşdırılan terror aktı və Rusiya Federasiyası Prezidentinin həyatına qəsd kimi qiymətləndirir.

Kiyevin dronların köməyi ilə Kremlə zərbə endirmək cəhdindən sonra Vladimir Putin xəsarət almayıb və həmişəki kimi işini davam etdirir”, – Putinin mətbuat xidməti bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*