Putinin Avropadakı gizli müttəfiqləri – ƏTRAFLIbackend

Putinin Avropadakı gizli müttəfiqləri - ƏTRAFLI

“Avropa ölkələrində Moskvaya simpatiyalarını gizlədən Rusiya hökumətinin gizli havadarları var”.

KONKRET.az “la Vanguardia” qəzetinə istinadən xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançes Davos Dünya İqtisadi Forumunda deyib.

Baş nazir Avropanı Kremlin məxfi agentlərinə qarşı mübarizə aparmağa çağırıb.

“Rus avtokratı dünyanı parçalamaq arzusunda tək deyil. Avropada Rusiyanın çoxlu müttəfiqləri var ki, onlar indi Putinə rəğbətini gizlədirlər, lakin bir il əvvəl onun yanına gəlib metodlarını tərifləyirdilər”, – o deyib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Vladimir Putinlə əlaqələrinə görə ittiham edilib.

2022-ci ilin aprelində Berluskoni Rusiya Prezidentinin müharibə qərarını pisləyib, lakin oktyabrda o, Putinlə münasibətlərin bərpasından danışıb.

Almaniyanın milli kibertəhlükəsizlik agentliyinin rəhbəri Arne Şönbom da Rusiya kəşfiyyat xidmətləri ilə əlaqədə ittiham olunub. Lakin sübut olmadığına görə o, ittihamlardan azad edilib və yeni vəzifəyə təyin olunub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*