“Moskva sülh müqaviləsi imzalamaq üçün nəsə edə bilsə, şad olardıq. Bunu Putin Bakıda deyib. O, həmçinin bildirib ki, baş nazir Nikol Paşinyana Bakıda danışıqların nəticələri barədə məlumat verəcək.
Hesab edirəm ki, Putin və İlham Əliyev müəyyən razılığa gəliblər ki, bu barədə Rusiya prezidenti Ermənistanın baş nazirinə məlumat verməlidir”.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants yazıb.
Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə Qərb, Rusiya və Türkiyə arasında “son seçim” etməyə tələsmir, lakin fəal siyasətlə hamı üçün strateji əhəmiyyətini artırır:
“İndi mən bu mövqeyimi təsdiq edirəm, lakin bu o demək deyil ki, indi Moskva və Bakı ən azı bir ümumi gündəliyə gələ bilməz.
İlham Əliyev Paşinyanı danışıqları birbaşa, vasitəçilərsiz aparmağa razı salıb və çətin ki, danışıqları Rusiya platformasına keçirsin.
Eyni zamanda, İlham Əliyev, ən azı, Paşinyanın “anti-Rusiya” xəttində olduğunu nəzərə alsaq, Rusiyanın vasitəçiliyini rədd etmək “missiyasını” üzərinə götürmək istəməz.
Paşinyan və ətrafı bütün bunları hesablayıblarmı, yoxsa Vaşinqton və Brüsselə təqdim edilən “anti-Rusiya striptiz”lə müşayiət olunacaq “Rusiya-Azərbaycan anti-erməni sövdələşməsi” haqqında yenidən konspirasiya nəzəriyyələri eşidəcəyik?
Axı beynəlxalq münasibətlər hansısa ölkəyə sevgi və ya nifrət kateqoriyalarını rəhbər tutacağımız etika seminarı deyil.
Mən iddia etməkdə davam edirəm ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində ən təsirli vasitəçilər regional ölkələr, o cümlədən, ilk növbədə Rusiya ola bilər.
Bizim primitiv geosiyasi “rəğbətlərimizin” (simpatiya) bununla heç bir əlaqəsi yoxdur.
Yeri gəlmişkən, bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani demək olar ki, açıq şəkildə bildirib ki, Amerikanın Ermənistandakı mövcudluğunun güclənməsi onu ruhlandırmır”.
Rəsmiyyə Şərifova
KONKRET.az