Putinin mühafizəçiləri dronla gəzməyə başladılar – VİDEObackend

Putinin mühafizəçiləri dronla gəzməyə başladılar - VİDEO

Rusiya prezidenti Vladimir Putini Qızıl Meydanda mühafizə edən şəxslərdən birinin əlində pilotsuz uçuş aparatı görünüb.

KONKRET.az xəbər verir ki, bu barədə ukraynalı radiotexnika və pilotsuz uçuş aparatları üzrə ekspert Sergey Beskrestnov öz Teleqram kanalında video yayımlayıb.

Arxa planda Putinin Rusiya müdafiə naziri Andrey Belousovun müşayiəti ilə zabitlərlə əl sıxması göstərilir. Prezidentdən bir neçə metr aralıda isə qutuda qismən gizlədilmiş yaşıl rəngli PUA  tutan bir adam görüntülənir.

Müəllif videonun mayın 9-da keçirilən paraddan sonra lentə alındığını və mühafizəçinin əlində “Yolka” dronuna bənzər obyektin olduğunu ehtimal edir. Bu cür təyyarələr, xüsusən “Baba Yaga” PUA-larını məhv etmək üçün istifadə olunur. Əvvəllər Putinin qatıldığı tədbirlərdə onun ətrafındakı insanların üzərində belə qurğulara rast gəlinməyib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*