Putinin qərarı neftin qiymətinə və rubla necə təsir etdi? – AÇIQLAMAbackend

Putinin qərarı neftin qiymətinə və rubla necə təsir etdi? - AÇIQLAMA

Kremlinin son qərarı qlobal iqtisadiyyata təsirsiz ötüşməyib. Şərqi Avropada yarana biləcək daha böyük miqyaslı gərginlikdən təsirlənən birjalarda strateji məhsulların qiymətində artımlar müşahidə edilib.

Bu fikirləri KONKRET.az-a açıqlamasında iqtisadçı alim, millət vəkili Vüqar Bayramov səsləndirib. O bildirib ki, ötən həftəni 1 bareli 90.70 dollar ilə qapayan Brent markalı neft indi 97 dollara təklif edilir. Yeni həftədə neft 7 faizə yaxın bahalaşıb: “Rusiya rublu da təzyiq altındadır. Dünən hərraclarda dollara nisbətən 76.70 məzənnəsi ilə dəyişdirilən Rusiya pulu 79.45-dək ucuzlaşıb. Bu, bir gündə rublun 4 faizə yaxın ucuzlaşması anlamına gəlir. Avro dollara nisbətən cüzi ucuzlaşıb. Avropa pulu son gün 1 faizə yaxın dəyər itirib. Avropanın Şərqində baş verənlər hələlik avrozonaya xüsusi təsir etməyib”.

Artıq “Vahid elektron lövhə” tətbiqi bu problemi həll edəcək” – Vüqar  Bayramov » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Vüqar Bayramov əlavə edib ki, istər neftin qiyməti, istərsə də rublun məzənnəsi birbaşa Qərbin qəbul etidyi qərarlardan asılı olacaq: “Ağ Evdə və eləcə də Brüsseldə Rusiyaya qarşı sanksiyalar ilə bağlı açıqlamalar veriləsə də, hələlik hansı addımların atılacağı dəqiqləşdirilməyib. Bir müddət öncə də Vaşiqtonda Moksvaya qarşı SWIFT-dən çıxarılma kimi sərt sanksiyalarla bağlı bəyanatlar səsləndirilsə də, sonradan okeanın o tayında diplomatik addımlara üstünlük verildi. Bununla belə, əgər Qərb Rusiyaya qarşı əvvələr bəyan etdiyi sanksiyaları tətbiq edərsə, o halda Brent markalı neftin qiyməti qısa zamanda 100 dollarlıq psixoloji həddi keçə və rubl kəskin ucuzlaşa bilər. Bu baxımdan, indi bütün gözlər Vaşinqtondadır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*