Putinin Türkiyəyə səfəri bu tarixə kimi baş tuta bilərbackend

Putinin Türkiyəyə səfəri bu tarixə kimi baş tuta bilər

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin vaxtı hələ bəlli deyil, ancaq səfərin Rusiyadakı prezident seçkisinə qədər baş tutacağı mümkündür.

KONKRET.az xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib.

Putinin Türkiyəyə səfərinə hazırlaşdını bildirən Kreml sözçüsü səfərin yaxın gələcəkdə baş tutacağını istisna etməyib:

“Biz istisna etmirik ki, səfər Rusiyadakı prezident seçkisi öncəsi baş tuta bilər”.

Qeyd edək ki, daha öncə səfərin fevralın 12-də baş tuta biləcəyi xəbərləri yayılmış, daha sonra bunun təxirə salındığı bildirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*