Putinin Ukrayna cəmiyyətinə gizli mesajı: Kreml rəhbərinin “sülh” istəyinin arxasında nə dayanır? backend

Putinin Ukrayna cəmiyyətinə gizli mesajı: Kreml rəhbərinin "sülh" istəyinin arxasında nə dayanır? 

“Ukraynanın döyüş meydanında itkilərini dilə gətirməkdənsə, danışıqlar masasına oturmaq daha yaxşıdır”. Rusiya prezidenti Vladimir Putinin bu açıqlaması birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. Putin bildirib ki, reallıqları nəzərə alaraq sülh variantını istənilən an nəzərdən keçirmək olar. Bəs görəsən, Kreml rəhbəri hansı reallıqları nəzərdə tutur? Ümumiyyətlə, Putinin bu açıqlaması nəyə hesablanıb?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Putinin belə bir fikir irəli sürməsinin bir neçə səbəbi ola bilər:

Samir Hümbətov: Rusiyanı kim və niyə narahat edir? - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

“Birincisi, bu fikirləri Rusiyanın iqtisadi və hərbi cəhətdən ciddi zəifləməsinin nəticəsi kimi qəbul etmək mümkündür. Digər tərəfdən, bu fikiri manevr kimi də dəyərləndirmək olar. Putinin beynəlxalq ictimaiyyətə özünün sülh istədiyini, lakin Ukraynanın bununla razılaşmadığını göstərməsi də mümkündür.

İkincisi, bu mesajın arxasında dayanan səbəblər sırasında Rusiyanın həqiqi istəyini göstərmək cəhdlərini də müşahidə edə bilərik. Yəni Putinin bu fikirinin arxasında bir neçə variant dayana bilər. Belə ki, Rusiya lideri real vəziyyəti anlayır və dünyadakı dəyişiklikləri başa düşür. Odur ki, çox ciddi ziyana getmək istəmir. Müharibənin uzun müddət davam etməsində maraqlı görünmür. Digər tərəfdən, Ukraynada məqsədinə çatmış kimi görünmək istədiyindən belə bir təklif irəli sürə bilər. Bu, həm də Ukrayna cəmiyyətinə, “mən sülh istəyirəm, amma Zelenski isə bundan qaçır” mesajı da ötürür.

Bu baxımdan sırf Ukraynada Rusiyanın qələbə qazandığını, yaxud məğlub olduğunu söyləmək çətindir. Düşünürəm ki. bu tendensiya hələ natamamlığı göstərir. Putin özü də Ukrayna müharibəsinin sonunun hara gedəcəyini bilmir. Müharibəyə milyardlarla dollar xərclənir və bu, ciddi itkidir. Ona görə də, Rusiya liderinin açıqlamasını birmənalı qəbul etmək doğru olmaz”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*