Putinin yalançı pafosu, yoxsa Zəngəzur da Azərbaycana qaytarılmalıdır?! – ƏTRAFLIbackend

Putinin yalançı pafosu, yoxsa Zəngəzur da Azərbaycana qaytarılmalıdır?! - ƏTRAFLI

Rusiya Federasiyasının prezidenti Vladimr Putin Ukrayna ilə bağlı fikirlərinin birində qeyd edir ki, Ukrayna SSRİ-yə daxil olarkən onu ərazisi kiçik, tərk edərkən isə böyük olub. Çünki bolşeviklər Rusiya ərazilərini Ukraynaya hədiyyə ediblər. Putin yazır ki, ümumiyyətlə hazırki Ukrayna dövləti sovet dövrünün məhsuludur. Sonralar dilə gətirilən məhz bu yanaşma ilə Putin Rusiyası 2014-cü ildə Ukraynaya qarşı ərazi iddiasını stimullaşdırdı və Krımı birbaşa, Donbas bölgəsinin Ukrayna ərazisində olan hissəsini isə dolayısı ilə ilhaq etdi. Yəni ələ keçirdi.

Zəngəzur məsələsi yenidən gündəmə çıxdığından Putinin bu yanaşması üzərindən fikirlərimi davam etdirmək istəyirəm.

Bu gün, daha əvvələ 1918-1920-ci illərə keçmədən Ermənistan Respublikasının inzibati xəritəsinə diqqəti yönəltmək istəyirəm. Məhz 1920-ci ildə Zəngəzursuz Ermənistan sovetləşən kimi bolşeviklərin birbaşa iştirakı və Azərbaycan Sovet hökumətinə təzyiq etməklə vətənimizin bu bölgəsi ilhaq edildi. Bununla da Azərbaycan üçün coğrafi-strateji və hərbi baxımdan olduqca əhəmiyyətli olan bir bölgə – Zəngəzurun qərb hissəsi Ermənistan ərazisinə daxil edilərək, bu bölgədə yaşayan azərbaycanlıların ikinci ən böyük milli-mənəvi soyqırımının bünövrəsi qoyuldu.

Ramil Məmmədli: “Orta hesabla erməni silahlı qüvvələrinin əsgər itkisi 10 min nəfərdən çoxdur” - Azinforum.az İnformasiya Portalı

Keçək bu günümüzə

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin məntiqi ilə yanaşsaq, SSRİ tərkibində olan respublikalar, sovetlərə qədər hansı ərazilərdə mövcud olublarsa, bu gün də həmin vəziyyətə qayıtmalıdırlar. Yəni bölşeviklərin qanunsuz ilhaq-işğal siyasətinə indi hüquqi-siyasi qiymət verilməli və tarixi ədalətsizlik aradan qaldırılmalıdır. Daha dəqiq desək, Zəngəzur öz mənəvi və hüquqi sahibinə – Azərbaycan Respublikasına qaytarılmalıdır. Belə olan təqdirdə post-sovet məkanında ədalət axtarışında olan prezident Vladimir Putinin Ukrayna siyasəti – hərbi müdaxiləsi anlayışla qarşılana bilər. Çünki Azərbaycan Sovet Respublikasının vətəndaşlarının rəyi bilinmədən, yəni ümumxalq referendumu keçirilmədən böyük bir ərazi – Zəngəzur mahalı Ermənistan Respublikasına hədiyyə edilib.

Tarixi ədalətin bərpası yolunda…

Bu gün Azərbaycan Ordusunun bölmələri Zəngəzurun yalnız şərq hissəsində – Azərbaycan Respublikasının hazırkı sərhədləri çərçivəsində azad olunmasını reallaşdırıblar. Vətən torpaqlarının sona qədər azad olunması prosesinin hərbi yolla davam etdirilməsini həyata keçirmək Azərbaycan Ordusu üçün çox da çətin deyil. Hərbi potensialı 44 günlük Vətən Müharibəsində sıradan çıxarılmış Ermənistandan Zəngəzuru güc yolu ilə geri almaq və tarixi ədaləti bərpa etmək Azərbaycan üçün problemli məsələ olaraq görünmür. Lakin Azərbaycanın hərbi-siyasi yanaşması növbəti müharibənin başlanmasını məqsədəuyğun saymır. Ancaq bu, post-sovet ölkələrindən birinə “olar”, digərinə isə “olmaz” prinsipi ilə həyata keçirilə bilməz. Yəni Azərbaycan da məsələyə “SSRİ-yə daxil olarkən ərazisi kiçik, tərk edərkən isə böyük olub” prinsipi ilə Zəngəzur məsələsinə yanaşsa, Rusiya prezidenti Vladimir Putinin bu gün reallaşdırdığı məntiqini davam etdirməlidir. Əks təqdirdə bu Putin Rusiyasının riyakarlığı və məsələlərə yalnız Kremilin “pəncərə”sindən baxması kimi dəyərləndirilməlidir.

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi-siyasi icmalçı Ramil Məmmədli

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*