Putinlə Medvedevi nə birləşdirir? – “Onunla hələ də dostuq”backend

Putinlə Medvedevi nə birləşdirir? - "Onunla hələ də dostuq"

Rusiya Federasiyasının 3-cü prezidenti Dmitri Medvedevlə hazırkı prezident Vladimir Putinin yaxın münasibətdə olması məlumdur. Medvedev də Putinlə münasibətlərinin normal olduğunu deyib.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir  ki, bunu Təhlükəsizlik Şurasının sədr müavini Medvedev özü məlumat verib. Medvedevin sözlərinə görə, Vladimir Putin mütəmadi olaraq onunla təhlükəsizlik, iqtisadiyyat və sosial sahə ilə bağlı məsələləri müzakirə edir.

O, baş nazir vəzifəsini  tərk etdikdən sonra Putinlə münasibətindən də danışıb: “Bizim hələ də dostluq münasibətlərimiz var”.

Medvedev bildirib ki, o, Təhlükəsizlik Şurasının işinə, eləcə də təhlükəsizlik məsələlərinin təmin olunmasına cavabdehdir. Buna görə də Putinlə müntəzəm olaraq müxtəlif formatlarda ünsiyyət qurduğunu bildirib.

Bundan əlavə, Dmitri Medvedev “Vahid Rusiya” partiyasının xətti ilə də Putinlə əlaqə saxlayır.

Medvedev qeyd edib  ki, partiya adından iqtisadiyyat, sosial sahə və əmək bazarına dəstək üçün təklifləri birlikdə hazırlayırlar.

Xatırladaq ki, Dmitri Medvedev 2012-ci il mayın 8-də baş nazir təyin edilmişdi. 8 ilə yaxın bu vəzifədə çalışan Medvedev 2020-ci il yanvarın 16-dan Təhlükəsizlik Şurası sədrinin müavinidir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*