“Qaçaqmalçılıq məsələsi yetərli deyil”: Xankəndidə bayrağımızı asmaq üçün öncə bu addımı atmalıyıqbackend

"Qaçaqmalçılıq məsələsi yetərli deyil": Xankəndidə bayrağımızı asmaq üçün öncə bu addımı atmalıyıq

Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri vasitəsi ilə Laçın postundan qaçaqmal daşınması gündəmi zəbt edib və sosial şəbəkələrin Azərbaycan seqmentində ciddi müzakirələrə yol açıb. Bir çoxları bu hadisənin səbr kasamızı daşıran son damlaya çevrildiyini dilə gətirərək Azərbaycanın Xankəndiyə daxil olmasının zəruriliyini ön plana çıxarıb. Bəs görəsən, Azərbaycan baş verən hadisə fonunda konkret addımlar ata və Xankəndiyə daxil ola bilərmi?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin işə qəbul etdiyi sürücülər bu cür addım atıb:

“Söhbət erməni mənşəli işçilərdən gedir. Ona görə də, Beynəlxalq Qızıl Xaç Komitəsinə qarşı belə bir ittihamla çıxış edə bilmərik. Onlar yerlərdə işçi götürürlər. Əgər BQXK-nın işə qəbul etdiyi sürücülər qaçaqmalçılıqla məşğul olursa, burada adıçəkilən təşkilatın günahı yoxdur. Adətən BQXK-nın yükləri yoxlanılmır. Görünür, Azərbaycan tərəfində qaçaqmal daşınması haqda dəqiq məlumat olub. Dünyanın hər yerində qaçaqmalçılıq birmənalı şəkildə pis qəbul olunur. Beynəlxalq Qızıl Xaç Komitəsinin günahı ondadır ki, işə götürdüyü şəxsləri yoxlamayıb. Təbii ki, müxtəlif telefon aksesuarlarını qaçaqmalçılıq yolu ilə Azərbaycan sərhədindən keçirməyə çalışan bu şəxslərə qarşı cinayət işi açıla bilər. Belə bir vəziyyətdə nəzarət-buraxılış məntəqəsinin bağlanması isə labüddür. Ona göə də, Azəbaycan tərəfi bu addımı atıb. Ermənilər nə qədər hay-küy salsa da, heç bir nəticəsi olmayacaq. Çünki bu məsələ ilə bağlı BMT yanında İnsan Hüquqları Məhkəməsinə müraciət etsələr də, tələbləri qəbul olunmadı”.

Politoloqun sözlərinə görə, qaçaqmalçılıq məsələsi Azərbaycanın Xankəndinə daxil olmasına zəmin yaratmır:

“Amma rus sülhməramlılarının müşayiəti ilə silah daşınmasına dair görüntülərdən istifadə etmək mümkündür. Yəni Azərbaycan bu görüntülərdən istifadə edərək həm Beynəlxalq Məhkəməyə, həm də BMT-yə müraciət ünvanlaya bilər. Orada sülhməramlıların silah-sursat daşıdığı haqda görüntülər əks olunmalıdır. Artıq Rusiya da bu görüntüləri inkar edə bilməyəcək. Beləcə BMT nizamnaməsinin 36-46-cı maddələrinin rus sülhməramlıları tərəfindən kobud şəkildə pozulduğu sübuta yetiriləcək. Bir sözlə, Azərbaycan Xankəndidə bayrağı asmaq üçün hüquqi baza yaratmalıdır. Artıq bizim kifayət qədər hüquqi bazamız mövcuddur. Amma bu, son nöqtə olmalıdır. Əgər sülhməramlıların özbaşınalığını beynəlxalq miqyasa daşıya bilsək, o zaman hər şey qaydasına düşəcək”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*