Qacar şahının səs yazısı yayıldıbackend

Qacar şahının səs yazısı yayıldı

İranda ilk dəfə Qacar şahı Müzəffərəddin şahın səsi lentə alınıb.

KONKRET.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.

Yayılan səs yazısında Müzəffərəddin şah Qacar həmin dövrdə baş nazir vəzifəsini yerinə yetirən Mirzə Əli Əsgər Ətabəkin xidmətlərini təqdir edir.

“Sizin 40 illik, xüsusən son 4 ildə baş nazir kimi göstərdiyiniz xidmətlərinizi təqdir edirəm. Bu xidmətlərin mükafatını alacaqsınız. Sizin xidmətləriniz Allah və onun yer üzündəki kölgəsi olan mənim tərəfimdən yüksək qiymətləndirilir”, – səs yazısında Müzəffərəddin şah deyir.

Qeyd edək ki, Müzəffərəddin şah Nəsirəddin şah oğlu 25 mart 1853-cü ildə Təbriz şəhərində anadan olub. Saray təlim-tərbiyəsi alan şah 1861-ci ildə Cənubi Azərbaycan əyalətinin valisi olub. Atasının qətlindən sonra 1896-cı ildə Qacar imperiyasının şahlıq taxtına əyləşib.

O, 1907-ci ildə vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*