Qadağan olunmuş zərbəyə görə çempionluq titulu əlindən alındı — VİDEObackend

Qadağan olunmuş zərbəyə görə çempionluq titulu əlindən alındı - VİDEO

Rusiyalı MMA döyüşçüsü Pyotr Yan yüngül çəki dərəcəsində UFC çemopionluğu titulundan məhrum edilib.

KONKRET.az xəbər verir ki, buna səbəb idmançının amerikalı Alcameyn Sterlinqlə döyüşdə rəqibinə qarşı qadağan edilmiş zərbədən istifadə etməsi olub.

ABŞ-ın Las-Veqas şəhərində UFC 259 turniri çərçivəsində baş tutmuş döyüşün 4-cü raundunda rusiyalı döyüşçü dizi ilə rəqibin başına qadağan edilmiş zərbə vurduğu üçün diskvalifikasiya edilib və qələbə Sterlinqə verilib.

Qeyd edək ki, 2018-ci ildən peşəkar döyüşlərdə iştirak edən Pyotr Yan ötən ilin iyulunda çempionluq kəmərinə sahib olmuşdu. O, ümumilikdə 16 döyüş keçirib və bunların 14-də qələbə qazanıb.

demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*