İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş prezidenti Luis Rubiales korrupsiya istintaqı çərçivəsində Madrid hava limanında saxlanılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Rubialesin Dominikan Respublikasından geri dönərkən baş verib.
İfadə verdikdən sonra Rubialesin sərbəst buraxıldığı bildirilir.
Xatırladaq ki, qadınlardan ibarət İspaniya millisinin DÇ-2023-ün finalında İngiltərəni məğlub etdiyi oyundan sonra Luis Rubiales mükafatlandırma mərasimində İspaniya millisinin üzvü Cennifer Hermosonu öpüb. Buna görə onun 2,5 il həbs olunması istənilib.
Xatirə SADİQ,
KONKRET.az