Qadın hərbçilər üçün artıq bu məcburiyyət yoxdurbackend

Qadın hərbçilər üçün artıq bu məcburiyyət yoxdur

Əvvəllər 50 yaşı olanda hərbi qulluqçu xanımların iki yol var idi. Onlar ya istefaya, ya da ehtiyata gedirdi. İndi bu məcburiyyət yoxdur.

KONKRET.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi ətrafında müzakirələrlə bağlı keçirilən mətbuat konfransında parlamentin deputatı Arzu Nağıyev deyib.

“Bundan sonrakı qərar onların özləri bağlıdır. Yəni istəsələr, qalıb davam edə bilərlər. Ya da əksinə. Bir də qeyd edim ki, bu bütün Silahlı Qüvvələrə aiddir”, – o qeyd edib.

  • Elnarə
    Dekabr 8, 2023 - 20:12

    Qadin herbi qulluqcular 50 yaş ve daha artiq xismət edecekler?Bu heqiqetenmi bele olacaq?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*