Müğənni Nadir Qafarzadə Instagram səhifəsində ailəsi ilə fotolarını paylaşıb.
KONKRET.az xəbər verir ki, fotolar müğəninin gəlini Əntiqənin ad günündə çəkilib. N.Qafarzadə gəlinini doğum günü münasibəti ilə təbrik edərək, şərhdə bu sözləri yazıb:
“Nə yaxşı ki, doğulmusan, qızım. Ailəmizin ərköyünü, üzümüzdə təbəssüm yaradan çiçəyimiz, ad günün mübarək!”.
İzləyicilərin əksəriyyəti sənətçinin xoşbəxt ailə tablosuna xoş sözlər ünvanlayıblar. Amma şəkillərdəki başqa bir görüntü də diqqətdən yayınmayıb. Belə ki, səbəbkara bağışlanan və üstündə “Happy birthday” yazılan şarın üzərindəki rənglər çaşqınlıq yaradıb. LGBT bayrağı ilə eyniyyət təşkil edən hədiyyənin fotolarda müğənninin əlində olması isə daha çox təəccüb doğurub.
KONKRET.az