“Qafqazda təhlükəsizlik sülh müqaviləsinin imzalanmasından keçir” – Yaşar Gülərbackend

"Qafqazda təhlükəsizlik sülh müqaviləsinin imzalanmasından keçir" - Yaşar Gülər

“Türkiyə hər zaman Azərbaycanın yanındadır. Qafqazda təhlükəsizlik və sülhün yolu Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin imzalanmasından keçir”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

“Azərbaycanla strateji müttəfiqliyimizi möhkəmləndirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün birgə səylərimiz uğurla davam edir. Xüsusilə müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində sarsılmaz həmrəyliyimizi daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı olaraq çalışırıq”, – deyə nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*