Qalant “Hizbullah”ın silah arsenalının vəziyyətini AÇIQLADIbackend

Qalant "Hizbullah"ın silah arsenalının vəziyyətini AÇIQLADI

Livanın “Hizbullah” təşkilatı hazırda müharibədən əvvəlki raket və mərmi arsenalının üçdə birindən də azına malikdir.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant kabinetin iclasında bildirib.

“Terror təşkilatının raket və mərmilərinin üçdə birindən az hissəsi qalıb”, – Qalant deyib.

Nazir, İsrail Müdafiə Qüvvələrinin (IDF) Strateji Planlaşdırma İdarəsinin rəisi general-mayor Eliezer Toledano ilə birlikdə bu qiymətləndirməni bazar günü İsrail Nazirlər Kabinetinə təqdim edib.

İsrail Müdafiə Nazirliyinin rəhbəri kabinetdəki hesabatı zamanı bildirib ki, Livanın cənubunda həyata keçirilən əməliyyatın çox aydın məqsədləri var.

Qalant, hər şeyin plana uyğun getdiyini vurğulayıb. O qeyd edib ki, yerüstü manevrlər zamanı düşmənlə az sayda birbaşa təmas qeydə alınır.//Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*