“Qalatasaray” – “Fənərbaxça” matçı baş tutmadıbackend

“Qalatasaray” - “Fənərbaxça” matçı baş tutmadı

Bu gün Türkiyə Superkubokunda “Qalatasaray”la “Fənərbaxça” arasında Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan oyun baş tutmayıb.

KONKRET.az xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti klublara qadağa tətbiq etdiyinə görə görüş keçirilməyib.

Məsələ burasındadır ki, komandalar oyundan əvvəl meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırıblar. Lakin yerli hökumət buna qarşı olub.  Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər və oyun üçün stadiona getməyiblər. Oyunun başlanma saatından bir qədər sonra isə klublara matçın keçirilməyəcəyi bildirilib.

Qeyd edək ki, matç Bakı vaxtilə saat 21:45-də başlanmalı idi.

  • Garachanta
    Dekabr 29, 2023 - 22:35

    Türkiyə futbol komandaları niyə bu oyunu Bakıda keçirmədilər?..Bu axmaq ərəblərdə nə görüblər..Niyə bizim AFFA bu işə yardımçı olmadı? AFFA türkçülüyün qiymətini niyə bu qədər qulaqardına vurdular?

  • Garachanta
    Dekabr 29, 2023 - 22:41

    səudiyyəlilər Kaşıkçı jurnalisti doğrayıb turşuda əritdilər…Türk milləti bu cındır ərəbləri hələ də tanımadılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*