“Qalatasaray” qalib gəldi, qapıçısı rekord vurdubackend

"Qalatasaray" qalib gəldi, qapıçısı rekord vurdu

Türkiyə Superliqasının 21-ci turunda lider “Qalatasaray” “Konyaspor”u sınağa çəkib.

KONKRET.az xəbər verir ki, matç gözlənildiyi kimi ev sahiblərinin qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 20-ci dəqiqədə Osimhen penaltidən vurub – 1:0.

Qarşılaşmada “cim-bom”un qapısını qoruyan uruqvaylı qolkiper Fernando Muslera rekorda imza atıb. İstanbul klubu ilə 429-cu matçına çıxan qapıçı “Qalatasaray”da ən çox oyun keçirən futbolçu adını qazanıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*