Rusiyanın Rostov vilayətində yerli fermer və keçmiş polis zabitinin müəssisələrdən birində süd çənində çimməsi görüntüləri böyük qalmaqal yaradıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, yayılan kadrlarda təqaüdçü polis Maksim Maslakov və iş adamı Dmitri Qanjenko əks olunub.
Video sosial şəbəkədə yayılandan sonra yerli sakinlər kişilərin hərəkətini tənqid ediblər.
Məlumata görə, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) bu çəndən məhsulların satılmadığını müəyyən edib.
“Rospotrebnadzor”un ərazi orqanının mütəxəssisləri hadisə ilə bağlı araşdırma aparıb. Müəyyən edilib ki, sexi icarəyə götürən hüquqi şəxs ləğvetmə prosesindədir və yağ-pendir zavodu bu təsərrüfatdan xammal almayıb”, – məlumatda deyilir.
İqbal Rzayev,
KONKRET.az