Qanunsuz yolla əldə edilən meşə materialları aşkarlandıbackend

Qanunsuz yolla əldə edilən meşə materialları aşkarlandı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Quba və Masallı rayonlarının ərazisində keçirilən nəzarət tədbirləri zamanı vətəndaşlar Nazim Hüseynov, Əhməd Tağıyev və Aqil Vəliyevin həyətyanı sahələrindəki ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş ümumilikdə 5.89 m3 həcmində işlik meşə materialı müəyyən edilib.

KONKRET.az-ın məlumatına görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, hazırda işlər üzrə araşdırma davam edir. “Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*