Qapanmalar universitetlərə də aiddir? – RƏSMİ AÇIQLAMAbackend

Qapanmalar universitetlərə də aiddir? - RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

KONKRET.az xəbər verir ki, qərarın ali təhsil müəssisələrinə aid olub-olmadığı məsələsinə gəldikdə isə, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov apa-ya açıqlamasında bildirib ki, bu qərar universitetlərə şamil edilmir, yalnız ümumtəhsil müəssisələrinə aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*