Qar yağacaq – 10 dərəcə şaxta olacaqbackend

Qar yağacaq - 10 dərəcə şaxta olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

KONKRET.az xəbər verir ki, havanın temperaturu gecə 5-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

  • Heydər
    Dekabr 20, 2024 - 18:25

    Bu nə absurt şablon başlıqdır yazmısınız?
    -10 dərəcə mövzuda harada qeyd olunub?

  • Anar
    Dekabr 20, 2024 - 20:48

    Hec olmasa tarixi yazardinizda… nə vaxt olacaq…bele de geydirmə məlumat olar…

  • Haller
    Dekabr 21, 2024 - 00:02

    …uani, siz de xeber xetrine xeber yazirsiz…gunah sizde deyil, sizleri ora teyin edendedir!!!

  • Əmiraslanov Rövşən
    Dekabr 21, 2024 - 20:54

    Salam , bəlkə də balaca xırda bir diqqətsizlik olubdur , insan faktorudur. Daha diqqətli olmağınız rica olunur. ( Hamı qarı çox istəyir gəlib belə bir xəbərnən üzləşəndə avtomatik başqa şey düşünür adam)

  • Arzu
    Dekabr 22, 2024 - 07:27

    Qar yağanda telefona gəlir ki,ayın neçəsində yağacaq.Bunun üçün əsəbləşməyə dəyməz axı.O qədər əsəbləşməli işlər var ki……

  • Arzu
    Dekabr 22, 2024 - 07:31

    Qar yağanda bir neçə gün əvvəl telefona gəlir də.Bunun üçün nə əsəbləşmək. …….

Heydər üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*