Qara dənizdə Ukraynanın iki pilotsuz aparatı vuruldu – Rusiya MNbackend

Qara dənizdə Ukraynanın iki pilotsuz aparatı vuruldu - Rusiya MN

Oktyabrın 14-də Krasnodar vilayətinin Adler şəhəri yaxınlığında Qara dənizdə silsilə partlayışlar baş verib.

KONKRET.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi iki pilotsuz aparatın məhv edilməsi barədə məlumat yayıb.

Məlumata görə, hava hücumundan müdafiə sistemlərinin Adler üzərində işə düşdüyü bildirilib. Yayımlanan görüntülərdə dronların məhv edilməsi göstərilir. Partlayışlar isə avtomobillərin həyəcan siqnallarının işə düşməsinə səbəb olub. “Yerli əhalinin verdiyi məlumata görə, 5-6 partlayış səsi eşidilib, ərazidəki bəzi evlərdə işıqlar sönüb. Ölənlər barədə məlumat yoxdur”, –  deyə MASH Telegram kanalı bildirib.

“Hava Hücumundan Müdafiə Qüvvələri Qara dəniz üzərində Ukraynaya məxsus iki pilotsuz uçan aparatı məhv edib”, – Rusiya Müdafiə Nazirliyi deyib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*