“Qarabağ” – “Bazel” oyunu BOS-da keçiriləcək – UEFA-dan DƏYİŞİKLİKbackend

"Qarabağ" - "Bazel" oyunu BOS-da keçiriləcək - UEFA-dan DƏYİŞİKLİK

UEFA Konfrans Liqasının qrup mərhələsinin I turundakı “Qarabağ” – “Bazel” (İsveçrə) oyununun stadionu dəyişdirilib.

KONKRET.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç daha əvvəl nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyəcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılacaq. Buna səbəb Respublika stadionunun ot örtüyünün istənilən səviyyədə olmamasıdır.

Qeyd edək ki, sentyabrın 16-da gerçəkləşəcək “Qarabağ” – “Bazel” görüşü saat 20:45-də başlayacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*