“Qarabağ”ın rəqibi darmadağın oldu: 5:0backend

“Qarabağ”ın rəqibi darmadağın oldu: 5:0

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında 21-ci tur oyununa çıxıb.

KONKRET.az xəbər verir ki, komanda səfərdə “Sportinq”lə qarşılaşıb. Matçda “Sportinq” “Braqa”nı darmadağın edib – 5:0.

Hazırda turnir cədvəlində “Braqa” 40 xalla 4-cüdür. Sıralamaya 52 xalla “Sportinq” liderlik edir.

“Braqa” növbəti oyununu “Qarabağ”a qarşı keçirəcək. Ağdam təmsilçisi ilə “Braqa” arasında ilk oyun fevralın 15-də Portuqaliyada, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

“Sportinq” – “Braqa” – 5:0

Qollar: Trinçao, 8, Quareşma, 18, Qyökeres, 71, Braqança, 73, Santos, 85

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*