“Qarabağ” “Kəpəz”i məğlub etdibackend

"Qarabağ" "Kəpəz"i məğlub etdi

“Qarabağ” komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

KONKRET.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv VII turda “Kəpəz”i qəbul edib.

“Azersun Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti ilə bitib.

37-ci dəqiqədə Samy Mmae fərqlənib. Rəqiblərindən bir oyun az keçirən “köhlən atlar” 13 xalla ikinci pillədə qərarlaşıb. Yeddi matçın hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır.

Günün ikinci matçında “Turan Tovuz” səfərdə “Sumqayıt”la üz-üzə gələcək.

Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün “Araz-Naxçıvan” “İmişli”ni iki cavabsız qolla üstələyib. “Zirə” – “Neftçi” oyununda isə qalib müəyyənləşməyib – 2:2.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*