Ermənistan parlamentində müxalif “Şərəfim var” fraksiyası baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq səsverməsi keçirməyi planlaşdırır. Bu barədə erməni KİV-ləri məlumat yayıb.
KONKRET.az xəbər verir ki, məlumata görə, fraksiya rəhbəri Ayik Mamikonyan sosial şəbəkələrdə “Ermənistan baş nazirinə milli böhran və idarəetmədə uğursuzluqlar əsasında etimadsızlıq göstərilməsi haqqında” bəyanatın mətnini dərc edib.
Müşviq Tofiqoğlu,
KONKRET.az