“Qarabağ məsələsində əsl fəlakət sənin kimi axmaq hakimiyyətə gələndə başladı” – Aşotyanbackend

“Qarabağ məsələsində əsl fəlakət sənin kimi axmaq hakimiyyətə gələndə başladı” - Aşotyan

“Mən Ermənistan tarixinin ən böyük yaramazının, satqın, qatil və “Artsax”ı rədd edən damğasını öz üzərindən götürmək cəhdini dinləyirəm”.  

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri “Respublika” partiyasının sədr müavini Armen Aşotyan deyib:

“Açıq yalanlardan, açıq cəhalətə, dəhşətli saxtakarlıqlardan yeni xəyanətlərə qədər. “Artsax” məsələsində əsl fəlakət 2018-ci ildə, Ermənistanda sənin kimi axmaq hakimiyyətə gələndə baş verdi. Qarabağ məsələsində yalanlarınızı, saxtakarlıqlarınızı, xəyanətinizi ifşa etməkdən yorulmayacağam. Bazar ertəsi sən yenidən reallığın, həqiqətlərin və faktların bir hissəsini başında hiss edəcəksən” – deyə Aşotyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*