“Qarabağ münaqişəsi hər an qaynar fazaya keçə bilər” – Erməni politoloqbackend

"Qarabağ münaqişəsi hər an qaynar fazaya keçə bilər" - Erməni politoloq

“Qarabağdakı münaqişə hər an qaynar fazaya keçə bilər”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu politoloq Sergey Melkonyan deyib.

“Azərbaycan ekspertlər səviyyəsində Qarabağda antiterror əməliyyatının keçirilməsindən danışır. Bu baş tutsa, çox güman ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan əraziyə tam nəzarəti təmin etmək üçün dəqiq zərbələrlə quru əməliyyatları olacaq”, – deyə o bildirib.

Melkonyanın sözlərinə görə, Azərbaycan Ukrayna müharibəsi fonunda Rusiyanın təzyiq imkanlarının xeyli azaldığını görür. Rusiya sülhməramlılarının hazırkı kontingenti Azərbaycanın qarşısını almaq üçün kifayət etmir.

Erməni ekspert xatırladıb ki, Rusiya sülhməramlı missiyasının mandatı 2025-ci ilin noyabrında başa çatır, Azərbaycan tərəfi bu mandatı yeniləmək niyyətində deyil.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*