Separatçılar cidd-cəhdlə “müharibə”yə hazırlaşırlar.
KONKRET.az xəbər verir ki, jurnalist Nairi Oxikyanın məlumatına görə, Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında separatçılar “ehtiyatda hərbçilərı və döyüşə yararlıları” toplamağa başlayıblar.
Onlar bunu guya Azərbaycanın Qarabağda hər hansı təhlükəsinə qarşı tədbir kimi qiymətləndirirlər. Ağdərə və Əsgəran rayonları istiqamətində qanunsuz silahlı birləşmələr təxribat törətməyə hazırlaşır.
“Qarabağın “silahlı qüvvələri” düşmənin mümkün təcavüzünə kifayət qədər hazırdır”, – deyə Oxikyan bildirib.
Erməni jurnalistin bu etiraflarından aydındır ki, ermənilər daha da azğınlaşıblar. Rus sülhməramlıların qanadının altında yeni törətdikləri hücumlara, təxribatlara, diversiyaya hazırliq gedir.
Separatçıların bu cür “ürəklənməsinin” əsas səbəbkarı Rusiya sülhməramlılarıdır. Sülhməramlı adı altında Qarabağa terrorun əsl sponsoru yerləşdirilib desək, daha düzgün olardı.
Xuraman Etibarlı,
KONKRET.az