“Qarabağ” “Turan Tovuz”a uduzdu backend

"Qarabağ" "Turan Tovuz"a uduzdu 

“Qarabağ” Misli Premyer Liqasında “Turan Tovuz”a uduzub.

KONKRET.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda XX turda Tovuz təmsilçisinə məğlub olub.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində 7-ci dəqiqədə Musa Qurbanlı fərqlənib. Qonaqların yeni transferi Kauan Martins De Paula 89-cu dəqiqədə tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə isə Otto Con “köhlən atlar”ı məyus edib.

Bu nəticədən sonra “Qarabağ” 50 xalla liderdir. Tovuz klubu 35 xalla dördüncü sıradadır.

Qeyd edək ki, günün ilk matçında “Neftçi” “Araz-Naxçıvan”a uduzub – 1:2. Əvvəlki oyunlarda “Zirə” səfərdə “Şamaxı”nı 2:1, “Səbail” evdə “Kəpəz”i 1:0 hesabı ilə üstələyib. “Sabah” – “Sumqayıt” matçında hesab açılmayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*