“Qarabağ” vahid lider oldubackend

"Qarabağ" vahid lider oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

KONKRET.az xəbər verir ki, turun sonuncu oyununda “Qarabağ” “Keşlə”nin qonağı olub.

“ASK Arena”dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

“Keşlə”nin heyətində yeganə qolu 7-ci dəqiqədə Rəhman Hacıyev vurub. 90+2-ci dəqiqədə isə Patrik Andrade penaltidən hesabı bərabərləşdirib.

Xallarının sayını 18-ə çatdıran meydan sahibləri 8-ci pillədə qalıb. “Qarabağ” isə 43 xalını qazanaraq “Neftçi”ni keçib və vahid lider olub.

Qeyd edək ki, günün digər matçlarında “Sumqayıt” səfərdə “Neftçi”ni 2:0, “Sabah” isə evdə “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib. Dünən baş tutmuş “Səbail” – “Zirə” oyununda hesab açılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*