“Qarabağ zəfəri Qurtuluş savaşından sonra Türk dünyasının ən böyük qələbəsidir” – SƏNCƏRbackend

"Qarabağ zəfəri Qurtuluş savaşından sonra Türk dünyasının ən böyük qələbəsidir" - SƏNCƏR

“İkinci Qarabağ müharibəsi və qazanılan zəfər Türkiyənin qurtuluş savaşından sonra türk dünyasının ən böyük qələbəsidir. Qazanılan zəfərdən böyük xoşbəxtlik yaşadım. 44 gün davam edən Vətən müharibəsini hər gün izləyirdim”.

KONKRET.az-ın məlumatına görə, bunu Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O, Şuşanın azad ediləcəyi təqdirdə bu şəhərə gedib namaz qılmaq arzusunda olduğunu ifadə edib:

“Ona görə çox xoşbəxtəm. Qarabağ müharibəsini 44 gün boyunca izlədim. Şuşa Azərbaycanın rəsmi mədəniyyət mərkəzi elan edilib. Tarixi önəmindən dolayı türk dünyasının da mədəniyyət mərkəzidir. Mən özümə söz verdim ki, Şuşa azad olunsa, ora gedib Cümə məscidində namaz qılacağam. Artıq ölsəm, gözüm arxada qalmaz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*