Qarabağda “ARSAX” və SÜLHMƏRAMLILAR: “Həsən keçəl, keçəl Həsən”backend

Qarabağda "ARSAX" və SÜLHMƏRAMLILAR: "Həsən keçəl, keçəl Həsən"

Rusiyanın Qarabağa sülhməramlılardan başqa FHN, Səhiyyə Nazirliyi əməkdaşlarını da cəlb etməsi 2021-dən bu yana hər kəsə bəllidir. Düzü, onlar bunu heç sirr saxlamır, əksinə sülhməramlı missiyanın tərkib hissəsi sayırlar. Ötən günlərdə rus sülhməramlıların ailə üzvlərinin də Qarabağa köçürülməsi barədə informasiya yayılıb. Bundan sonra sıravi vətəndaşlar arasında dolaşan “Rusiya Qarabağdan çıxmayacaq” söz-söhbəti yerli politoloqların açıqlamalarını da əhatə etməyə başladı. Bu isə fakt, tezis kimi yox, azərbaycanlı etirazı formasında idi. Düzü, 2020-ci ilin 10 noyabrından sonra rusların Qarabağdan əl çəkməyəcəyi pensiya, yaxud iş yerindən narazı ekspert və bəzi müxalifətçilərin də dilindən düşmürdü. Onların arasında Azərbaycanın qazandığı zəfərə kölgə salmaq istəyənlər az deyildi. Rusiyanın məkirli Qarabağ planlarını inkar edənlər isə Moskvanın Zəngəzur dəhlizi vədinə inanmış təəssüratı yaradırdı:

– Rusiya qondarma rejimə yeni rəhbər yolladı;

– Rusiya separatçıları tərksilah etmədi;

Bəli, sanki separatçılarla əməkdaşlıq edirlər. Bunu azərbaycanlı ekoloqların Xankəndi-Xocalı səfərlərindən də anlamaq olar. Çünki sülhməramlıların yan-yörəsində “arsax polisi” kimi beynəlxalq hüquqa yad ünsürlər dolaşırdı. Azərbaycanlı jurnalistlərin önünü kəsən sülhməramlıların əksəriyyəti isə Qafqaz xalqlarının Rusiya vətəndaşı olan nümayəndələri idi. Amma ruslar da var idi.

KONKRET.az xəbər verir ki, sülhməramlılar arasında ermənilər də az deyil. Bununla da Rusiyanın separatçıları tərksilah etməməsinin səbəbi bəlli olur:

– Ukrayna tərəfinin verdiyi və Rusiyanın təsdiqləmədiyi informasiyaya görə, fevralın sonlarından başlayan döyüşlərdə 100 minə yaxın rus hərbçi ölüb;

– Kreml ordu sıralarına yararlı vətəndaşları Ukraynaya səfərbər edir;

– Lakin Qarabağdan da çıxmaq istəmir;

– Buna görə Putinin oliqarx çevrəsindən olan Vardanyan qondarma rejimə göndərilib;

– Separatçılarla sülhməramlılar əməkdaşlığa keçib;

– Loru dildə desək, bu gedişlə Qarabağdakı bütün erməni terrorçular sülhməramlı adı ilə mövcudluğunu qoruyacaq;

Amma 2 il öncə bizimlə “arxayın olun, kişinin sözü bir olar” vədi ilə əl sıxmışdılar. Qarabağdakı qondarma rejim və rus sülhməramlıların hazırkı fəaliyyəti isə “Həsən keçəl, keçəl Həsən”dir.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*