“Qarabağdakı erməni separatçıların öz ordusu olmayacaq” – Paşinyanbackend

"Qarabağdakı erməni separatçıların öz ordusu olmayacaq" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan öz komandası ilə qapalı görüş keçirib.

KONKRET.az “Hraparak”a istinadən xəbər verir ki, Paşinyan Moskvada Azərbaycan və Rusiya prezidentləri ilə keçirilən üçtərəfli görüşün bəzi təfərrüatları barədə məlumat verib. O, həmçinin, Qarabağ erməniləri üçün iki ssenarini açıqlayıb.

Nəşrin yazdığına görə, Paşinyan bildirib ki, Qarabağdakı erməni separatçıların öz ordusu olmayacaq və bu, Bakı üçün prinsipial əhəmiyyət kəsb edir: “Müdafiə ordusu” tərk-silah edilərək ləğv ediləcək.

Qarabağ ermənilərinin gələcəyindən danışan baş nazir onlarla bağlı iki mümkün ssenarini açıqlayıb.  Beləliklə, Azərbaycan Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edərsə, o zaman, prinsipcə, gözlənilməz heç nə baş verməyəcək. Əks halda, Ermənistan hakimiyyəti onların öz ərazisinə təxliyyəsini təmin edəcək”, – deyə qəzet yazır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*